—

“Vahid Milli Hərəkat” “Gürcü Arzusu”na qarşı Konstitusiya məhkəməsində iddia qaldırır

453
“Vahid Milli Hərəkat” “Gürcü Arzusu”na qarşı Konstitusiya məhkəməsində iddia qaldırır
Dinləmək üçün basın

“Vahid Milli Hərəkat” partiyası “Gürcü Arzusu” hökumətinə qarşı Konstitusiya hüquqi prosesi başladır.

“Vahid Milli Hərəkat” partiyası “Gürcü Arzusu” hökumətinə qarşı Konstitusiya hüquqi prosesi başladır.

InterPress.ge xəbər verir ki, bu barədə partiyanın liderlərindən biri Levan Bejaşvili bu gün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ilk mərhələdə partiya Çulukianinin rəhbərlik etdiyi “xəyanət komissiyasının” qərarını Konstitusiya Məhkəməsində mübahisələndirib, artıq müvafiq iddia təqdim olunub.

Bejaşvili bildirib ki, ikinci mərhələdə hökumətin siyasi partiyaları ləğv etməyə imkan verən qanunlar da Konstitusiya Məhkəməsində şikayət predmeti olacaq.

O qeyd edib ki, bu prosesin nəticələri Avropa İnsan Hüquqları Məhkəməsində (Strasburqda) keçiriləcək növbəti hüquqi mərhələ üçün həlledici əhəmiyyət daşıyır.

“Partiyanın rəhbərliyi qərar qəbul edib – ‘Vahid Milli Hərəkat’ ‘Gürcü Arzusu’na qarşı konstitusiya iddialarını mərhələli şəkildə təqdim edəcək.

Hakimiyyətin ələ keçirilməsi və seçkilərin saxtalaşdırılması nəticəsində formalaşan qeyri-legitim parlament, müxalif fikirdə olan hər kəsi – adi etirazçıları, vətəndaş fəallarını, QHT-ləri, televiziya kanallarını və indi də siyasi partiyaları təqib edən qanunlar qəbul edib.

Biz, baxmayaraq ki, ‘Gürcü Arzusu’nun nəzarətində olan Konstitusiya Məhkəməsinə inamımız yoxdur, beynəlxalq tərəfdaşlarımızın və hüquq ictimaiyyətinin çağırışı ilə bu prosesi başladırıq, çünki bu, gələcəkdə Strasburq Məhkəməsində aparılacaq hüquqi mübarizə üçün əsas olacaq.

İkinci mərhələdə isə bu həftə ərzində siyasi partiyaların ləğvini nəzərdə tutan qanunların anti-konstitusionluğu ilə bağlı iddialar veriləcək.

‘Gürcü Arzusu’ mərkəzləşdirilmiş hakimiyyət vasitəsilə xüsusi qanunlar qəbul edib və bu qanunlarla Gürcüstanda demokratiyanı aradan qaldırmağa çalışır,” – deyə Levan Bejaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →