—

Bu dərmanlarla bağlı yeni qayda...

427
Bu dərmanlarla bağlı yeni qayda...
Dinləmək üçün basın

1 oktyabrdan xüsusi nəzarətə tabe olan dərman vasitələrinin, o cümlədən psixotrop preparatların topdansatışı yalnız dövlətin səlahiyyətində olacaq.

1 oktyabrdan xüsusi nəzarətə tabe olan dərman vasitələrinin, o cümlədən psixotrop preparatların topdansatışı yalnız dövlətin səlahiyyətində olacaq.

InterPress.ge xəbər verir ki, dəyişikliklərlə bağlı səhiyyə naziri Mixeil Sarcveladze klinikaların və apteklərin nümayəndələri ilə görüşüb və onlara yeni prosedurları təqdim edib.

Nazirin sözlərinə görə, bu dəyişiklik dərmanların məqsədsiz istifadəsi riskini minimuma endirəcək və dövlət prosesi ciddi şəkildə nəzarətdə saxlayacaq. O, həmçinin bildirib ki, dövlətin kommersiya marağı yoxdur və bu, topdansatış prosesində dərmanların qiymətinin sabitləşməsinə kömək edəcək. Nazir aptekləri də pərakəndə satışda bu prinsipi nəzərə almağa çağırıb.

Yeni qaydalar əsasında, xüsusi nəzarətə tabe dərmanların gətirilməsi və topdansatışı dövlət idarəçiliyində olan hüquqi şəxsə – “Psixi Sağlamlıq və Narkomaniyanın Qarşısının Alınması Mərkəzinə” həvalə edilib.

Sifariş etmək üçün tibb müəssisələri və apteklər elektron poçta – [email protected] müraciət edə biləcəklər. Bunun üçün xüsusi sifariş forması doldurulmalıdır, hansı ki, Mərkəzin rəsmi saytında yerləşdiriləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →