—

Ukraynanın I vitse-spikeri: “Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik”

681
Ukraynanın I vitse-spikeri: “Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik”
Dinləmək üçün basın

“Beynəlxalq hüququn bütün tələbləri istənilən dövlətin ərazi bütövlüyünün toxunulmazlığını, o cümlədən dövlətin ərazi bütövlüyünün bərpası üçün istənilən imkanlardan yararlanmağı şərtləndirir. Biz Azərbaycanın ərazi…

“Beynəlxalq hüququn bütün tələbləri istənilən dövlətin ərazi bütövlüyünün toxunulmazlığını, o cümlədən dövlətin ərazi bütövlüyünün bərpası üçün istənilən imkanlardan yararlanmağı şərtləndirir. Biz Azərbaycanın ərazi bütövlüyünü, onun bərpasını ilk gündən dəstəkləyirik”.

InterPress.ge xəbər verir ki, bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) sədrinin I müavini Ruslan Stefançuk deyib.

O qeyd edib ki, Ukraynanın bu mövqeyi beynəlxalq hüququn tələblərinə, ölkələrin suverenliyi prinsiplərinə və ədalətə əsaslanır:

“Bizim də ərazi bütövlüyümüz sepratizmdən əziyyət çəkir. Bu baxımdan dost Azərbaycanın da bu ağrılı problemini dərindən anlayırıq. Biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik, onun pozulmasını və işğalını qəti şəkildə pisləyirik”.

I vitse-spikerin fikrincə, çox yaxşı olardı ki, tərəflər nəhayət tezliklə ortaq dil tapa bilsinlər və bölgədə sülh olsun:

“Çünki XXI əsr, müasir svilizasiya sakinləri müharibələrlə, qırğınlarla yaşamamalıdır”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Salome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Son xəbərlərə bax →