—

24 avqust – Gürcüstan Konstitusiyası Günüdür

353
24 avqust – Gürcüstan Konstitusiyası Günüdür
Dinləmək üçün basın

Bu gün Gürcüstanda Konstitusiya Günü qeyd olunur.

Bu gün Gürcüstanda Konstitusiya Günü qeyd olunur.

InterPress.ge xəbər verir ki, 1995-ci il avqustun 24-də Gürcüstan parlamenti ölkənin əsas qanununu – Konstitusiyanı qəbul edib. Yeni qəbul olunmuş Konstitusiya həmin il seçilmiş parlamentin səlahiyyətlərinin tanındığı gündən qüvvəyə minib.

Konstitusiyanın qəbul edilməsi ilə Gürcüstan bütün ərazisində – o cümlədən Abxaziya Muxtar Respublikası və Çxinvali bölgəsi daxil olmaqla – müstəqil, vahid və bölünməz dövlət kimi tanınıb.

Yeni Konstitusiyaya əsasən, Gürcüstanın siyasi quruluş forması demokratik respublika elan olunub. Dövlət hakimiyyəti isə demokratik ölkələrə xas olaraq, hakimiyyət bölgüsü prinsipinə əsaslanır.

Qeyd edək ki, hələ 1993-cü il fevralın 16-da ölkə başçısı və eyni zamanda parlament sədri olmuş Eduard Şevardnadze Gürcüstan Dövlət Konstitusiya Komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Məhz həmin komissiya gələcəkdə ölkənin əsas qanununu hazırladı. Komissiyanın tərkibi ümumilikdə 118 nəfərdən ibarət olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Tengiz Şarmanaşvili əfv edilən məhbuslara qarşı müxalifətin təzyiqlərindən danışıb: “Bullinq onların üslubudur”Marneulidə 11 min lari dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanıldı - VİDEOİrakli Kuxianidze: “Şirkəti qoruyub saxlamaq üçün çıxış yolu axtarırıq, yeganə alternativ isə Çindir”400 min kilometr məsafə qət edə bilən avtomobillərin reytinqi açıqlanıb – ilk üçlükdə Toyota və Lexus modelləri yer alıbMixeil Zakareişvili surroqatlığın qadağan olunmasına: “Kilsənin işi olmayan məsələlərdən biri qanunvericilik prosesinə müdaxilədir – Patriarxlıqla məsləhətləşmələr hər halda yanlışdır”Son xəbərlərə bax →