—

Gürcüstanda azərbaycanlıların soyad sonluqları ilə bağlı məhkəmə prosesi başa çatdı – qərar gözlənilir

578
Gürcüstanda azərbaycanlıların soyad sonluqları ilə bağlı məhkəmə prosesi başa çatdı – qərar gözlənilir
Dinləmək üçün basın

Bu gün Gürcüstanda yaşayan etnik azərbaycanlıların soyadlarında rus imperiyasının irsi olan “-ov(a)” və “-ev(a)” sonluqlarının tarixi-mədəni kimliklərinə uyğun sonluqlarla əvəzlənməsi ilə bağlı hüquqi məhdudiyyətin…

Bu gün Gürcüstanda yaşayan etnik azərbaycanlıların soyadlarında rus imperiyasının irsi olan “-ov(a)” və “-ev(a)” sonluqlarının tarixi-mədəni kimliklərinə uyğun sonluqlarla əvəzlənməsi ilə bağlı hüquqi məhdudiyyətin aradan qaldırılması məqsədilə “Salam Platforması”nın Gürcüstan Konstitusiya Məhkəməsində qaldırdığı iddia üzrə əsas məhkəmə baxışı başa çatıb.

1811 nömrəli işə Konstitusiya Məhkəməsinin hakimlər heyəti – Vasil Roinişvili, Qiorqi Kverenchxiladze, Qiorqi Tevdoraşvili və Eva Qotsiridze baxıb.

“Salam Platforması”nın hüquqi mövqeyini vəkillər Vasil Jijiaşvili, Nika Bakradze, Aleksi Mqebrişvili və Mariam Qabunia müdafiə edib. Platforma vəkillərə bu prosesdə göstərdikləri peşəkar və dəyərli dəstəyə görə təşəkkürünü bildirib.

Məhkəmə iclasında ekspert kimi tarixçi-tədqiqatçı İrakli Xvadagiani də iştirak edib. O, soyadların ruslaşdırılması ilə bağlı tarixi faktları təqdim edərək məsələnin tarixi və siyasi kontekstini açıqlayıb.

Hazırda iş üzrə Konstitusiya Məhkəməsinin qərar mərhələsinə keçid edilib və yekun qərarın ictimaiyyətə açıqlanacağı bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →