—

Lavrov: Rusiya əsir mübadiləsindən sonra Ukrayna ilə nizamlanma təkliflərini təqdim edəcək

367
Lavrov: Rusiya əsir mübadiləsindən sonra Ukrayna ilə nizamlanma təkliflərini təqdim edəcək
Dinləmək üçün basın

Rusiya dayanıqlı, uzunmüddətli, hərtərəfli nizamlanma sazişinə nail olmaq üçün şərtləri müəyyən edəcək memorandum layihəsi hazırlayır.

Rusiya dayanıqlı, uzunmüddətli, hərtərəfli nizamlanma sazişinə nail olmaq üçün şərtləri müəyyən edəcək memorandum layihəsi hazırlayır.

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi əsirlərin mübadiləsindən sonra mətni təqdim etməyə hazır olacaq.

“Hərbi əsirlərin mübadiləsi başa çatan kimi Ukrayna tərəfinə Rusiyanın hazırda tamamlamaqda olduğu sənəd layihəsini verməyə hazır olacağıq”, – o deyib.

Xatırladaq ki, əsir mübadiləsi prosesi bir neçə gün davam edəcək. Bu gün Ukrayna və Rusiya 270 hərbçi və 120 mülki şəxs mübadiləsi həyata keçirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →