—

Bu deputatların mandatına xitam verildi

365
Bu deputatların mandatına xitam verildi
Dinləmək üçün basın

“Gürcü arzusu”nun deputatları: İrakli Kobaxidze, Maka Boçorişvili, Anri Oxanaşvili, Davit Sonqulaşvili və Mariam Kvrivişvilinin də Gürcüstan parlamentinin deputatı kimi səlahiyyətləri təyin olunan müddətdən əvvəl başa…

“Gürcü arzusu”nun deputatları: İrakli Kobaxidze, Maka Boçorişvili, Anri Oxanaşvili, Davit Sonqulaşvili və Mariam Kvrivişvilinin də Gürcüstan parlamentinin deputatı kimi səlahiyyətləri təyin olunan müddətdən əvvəl başa çatacaq.

InterPress.ge xəbər verir ki, “Gürcü arzusu”nun deputatları parlamentin Prosedur və Reqlament komitəsinin iclasında müvafiq qərar qəbul ediblər.

Deputatlar məsələni növbəti plenar iclasda müzakirə edəcəklər.

Komitənin sədri Davit Matikaşvilinin məsələni təqdim edərkən qeyd etdiyi kimi, seçilmiş parlament üzvləri deputatlığa uyğun gəlməyən vəzifəyə təyin ediliblər və müvafiq olaraq onların səlahiyyətlərinə xitam veriləcək.

Məlumat üçün bildirək ki, Baş nazir vəzifəsinə İrakli Kobaxidze, xarici işlər naziri Maka Boçorişvili, ədliyyə naziri Anri Oxanaşvili, ətraf mühit və kənd təsərrüfatı naziri David Sonqulaşvili, Mariam Kvrivişvili isə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini təyin edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →