—

Avropa Komissiyası HƏMAS-ın İsrailə hücumu səbəbindən fələstinlilərə yardımı dayandırıb

351
Avropa Komissiyası HƏMAS-ın İsrailə hücumu səbəbindən fələstinlilərə yardımı dayandırıb
Dinləmək üçün basın

Avropa Komissiyası HƏMAS-ın İsrailə hücumu səbəbindən fələstinlilərə yardımı dayandırdıqlarını açıqlayıb.

Avropa Komissiyası HƏMAS-ın İsrailə hücumu səbəbindən fələstinlilərə yardımı dayandırdıqlarını açıqlayıb.

InterPreaa.ge xəbər verir ki, bu “Reuters” məlumat verib.

Məlumata görə, söhbət 691 milyon avro məbləğində yardımdan gedir.

Genişlənmə üzrə Avropa komissarı Oliver Varheinin sözlərinə görə, İsrailə qarşı törədilən terrorun miqyası və vəhşiliyi dönüş nöqtəsidir.

"Fələstinlilərə ən böyük donor kimi Avropa Komissiyası 691 milyon avro dəyərində olan bütün inkişaf layihələri portfelini nəzərdən keçirəcək", - Varhei bildirib.

Avropa Komissiyası da mövcud layihələr çərçivəsində ödənişləri dərhal dayandırdıqlarını bildirib.

“Sülhün, tolerantlığın və birgəyaşayışın əsasları təcili həllər tələb edir. Nifrətin, zorakılığın qızışdırılması və terrorun tərənnümü həddən artıq çox insanın zehnini zəhərləyib. Biz indi hərəkətə keçməliyik”, - Varhei bildirib.

Bundan əvvəl Almaniya və Avstriyada ikitərəfli yardımın dayandırılması ilə bağlı qərar qəbul edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

İrakli Kobaxidze: “Dərin dövlətin” çox böyük təsirləri var – orta səviyyəli məmurların ələ alınması tamamilə realdır”İrakli Kobaxidze: “USAID-in fəaliyyəti timsalında iddia etdiyimiz cinayət açıq şəkildə üzə çıxdı”İrakli Kobaxidze: “Gürcüstan və Rusiya arasında növbəti görüşlər Tbilisi və Moskvada keçirilə bilər”Avropa Parlamenti İvanişvili, Kobaxidze, Papuaşvili və Kaladzeyə qarşı sanksiyalar və viza qadağaları tələb edirPoniçalada partlayış baş verən binanın sakinləri təhlükə ilə üzləşdiklərini bildirirlərSon xəbərlərə bax →