—

Tbilisidə yaşayış binasının divarı uçub

439
Tbilisidə yaşayış binasının divarı uçub
Dinləmək üçün basın

Tbilisinin Bendeliani küçəsində yaşayış binalarından birinin yan divarı uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda dayanmış bir avtomobilə ziyan dəyib.

Tbilisinin Bendeliani küçəsində yaşayış binalarından birinin yan divarı uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda dayanmış bir avtomobilə ziyan dəyib.

InterPress.ge xəbər verir ki, Saburtalo rayonunun qubernatoru Qayoz Vasadze jurnalistlərə bildirib ki, divarın uçması ehtimal ki, su borusunun zədələnməsi nəticəsində baş verib.

“Divar konstruksiyası uçub. Heç kim xəsarət almayıb, bütün aidiyyatı xidmətlər yerindədir, sabah səhər saatlarında dağılmış torpaq və divarın qalan təhlükəli elementlərinin sökülməsinə və götürülməsinə başlanacaq, zərərin dərəcəsini müəyyən edəcək bələdiyyə laboratoriyası var. Bundan sonra layihə və yeni divar işləri görüləcək. Səbəblər aydındır, ilk baxışdan bu divarın uçmasına səbəb olan su borusunun zədələnməsidir. Bələdiyyə laboratoriyası qalan iki divarı da yoxlayacaq, əgər onlar təhlükəlidirsə, onları bərpa edəcəyik”, - Vasadze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Kaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiSon xəbərlərə bax →