—

15 yaşlı qızı qaçıranlar saxlanıldı

2,934
15 yaşlı qızı qaçıranlar saxlanıldı
Dinləmək üçün basın

Gürcüstanın Saqareco rayonunun Tüllər kəndində 15 yaşlı qızı qaçıran iki şəxs saxlanılıb.

Gürcüstanın Saqareco rayonunun Tüllər kəndində 15 yaşlı qızı qaçıran iki şəxs saxlanılıb.

İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, fevralın 5-də 16 yaşlı oğlan və onun 18 yaşlı əmisi oğlu 2004-cü il təvəllüdlü qızı qanunsuz olaraq azadlıqdan məhrum ediblər. 16 yaşlı oğlan həmin qızı evlənmək məqsədi ilə qaçırıb, əmisi oğlu isə ona kömək edib.

Operativ axtarış və istintaq tədbirləri nəticəsində qızın yeri qısa vaxt ərzində müəyyən olunub və elə həmin gün o, sağ-salamat evinə qaytarılıb.

Yeniyetmə qızı qaçıranlar fevralın 8-də Dedoplitskaro rayonunda saxlanılıblar. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin yeniyetmə şəxsin qanunsuz azadlıqdan məhrum edilməsi maddəsi üzrə cinayət işi açılıb. Bu cinayətə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Salome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Son xəbərlərə bax →