—

Çinlə Gürcüstan arasında uçuşlar bərpa olunur

628
Çinlə Gürcüstan arasında uçuşlar bərpa olunur
Dinləmək üçün basın

Çin Xalq Respublikasının aparıcı aviaşirkətlərindən biri olan “China Southern Airlines” Gürcüstan istiqamətində müntəzəm hava hərəkətini bərpa edəcək. Urumçi-Tbilisi-Urumçi hava xəttində müntəzəm uçuşlar 2023-cü ilin…

Çin Xalq Respublikasının aparıcı aviaşirkətlərindən biri olan “China Southern Airlines” Gürcüstan istiqamətində müntəzəm hava hərəkətini bərpa edəcək. Urumçi-Tbilisi-Urumçi hava xəttində müntəzəm uçuşlar 2023-cü ilin yanvarından başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat verib.

Urumçi və Tbilisi arasında müntəzəm uçuşlar hər həftənin cümə günü qış naviqasiya mövsümünün sonunadək - 25 mart 2023-cü il tarixinədək həftədə 1 tezliklə yerinə yetiriləcək.

Bu il dekabrın 23-də agentlik aviaşirkətə müntəzəm hava hərəkəti üçün lazımi icazə verib.

China Southern Airlines kovid-19 infeksiyası ilə əlaqədar pandemiya səbəbiylə 2020-ci ilin yanvarında Gürcüstana uçuşları dayandırıb. Gürcüstana sonuncu müntəzəm reys 2020-ci il yanvarın 23-də həyata keçirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiSon xəbərlərə bax →