—

Gürcüstanda at və eşşək əti satan müəssisə aşkar edilib

1,991
Gürcüstanda at və eşşək əti satan müəssisə aşkar edilib
Dinləmək üçün basın

Gürcüstanda kəsilən at və eşşək ətinin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb.

Gürcüstanda kəsilən at və eşşək ətinin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, məlumatı Maliyyə Nazirliyinin əməliyyat-istintaq qrupu yayıb.

Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Tetritskaro bələdiyyəsində yerləşən yaşayış evlərindən birində qanunvericiliklə nəzərdə tutulmuş məcburi baytarlıq -sanitariya prosedurlarına məhəl qoymadan süni şəkildə heyvan kəsim məntəqəsi təşkil edib, orada müvafiq icazə olmadan at və eşşək ətlərini emal ediblər. Kəsilmiş ətləri isə mal əti kimi satış üçün Tbilisidəki bazarlardan birinə aparıblar.

“Aparılmış istintaq tədbirləri nəticəsində ticarət obyektindən və kəsim məntəqəsindən satış üçün hazırlanmış külli miqdarda at əti çıxarılıb, həmçinin yeni ilə qədər kəsilərək satışı planlaşdırılan onlarla at aşkar edilib”- deyə bildirilib.

İstintaq  işi Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 198, 362 və 219-cu maddələri ilə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →