—

Noyabrın 7-8-də Gürcüstanda hava necə olacaq?

936
Noyabrın 7-8-də Gürcüstanda hava necə olacaq?
Dinləmək üçün basın

Noyabrın 7-8-də Qərbi Gürcüstanda isti, yağmursuz, küləkli hava şəraiti, noyabrın 9-10-da isə bəzi yerlərdə yağış, gecə yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +15, +20 dərəcə təşkil…

Noyabrın 7-8-də Qərbi Gürcüstanda isti, yağmursuz, küləkli hava şəraiti, noyabrın 9-10-da isə bəzi yerlərdə yağış, gecə yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +15, +20 dərəcə təşkil edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib. 

Şərqi Gürcüstanda noyabrın 7-8-də hava dumanlı, bəzi yerlərdə az yağıntılı olacaq. Havanın temperaturu gündüz 7-12 dərəcə isti təşkil edəcək. Noyabrın 9-10-da hava günəşli olacaq, temperatur gecə aşağı düşəcək, gündüz +15 dərəcəyədək yüksələcək.

Noyabrın 7-8-də Tbilisidə az yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək. Noyabrın 9-10-da hava açılacaq. Havanın temperaturu gecə +3, +5 dərəcəyədək aşağı enəcək, gündüz +15 dərəcəyədək yüksələcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →