—

Vake parkında baş vermiş faciə ilə bağlı saxlanılan 9 nəfər barəsində həbs qətimkan tədbiri seçildi

416
 Vake parkında baş vermiş faciə ilə bağlı saxlanılan 9 nəfər barəsində həbs qətimkan tədbiri seçildi
Dinləmək üçün basın

Tbilisi Şəhər Məhkəməsi Vake parkında baş vermiş faciə ilə bağlı saxlanılan 9 nəfər barəsində həbs qətimkan tədbiri seçib.

Tbilisi Şəhər Məhkəməsi Vake parkında baş vermiş faciə ilə bağlı saxlanılan 9 nəfər barəsində həbs qətimkan tədbiri seçib. 

InterPress.ge xəbər verir ki, sözügedən qərarı hakim Mixeil Cincolia verib.

Prokurorluq vəsatət şəklində 9 təqsirləndirilən şəxsin hamısına həbs cəzası seçilməsini təklif edib, vəkillər isə müttəhimlərin məhkəmə zalından azadlığa buraxılması və ya alternativ olaraq girovla buraxılmasını tələb ediblər.

Sözügedən işin prokuroru Arçil Tkeşelaşvilinin sözlərinə görə, azadlıqdan məhrumetmə cəzasının tətbiqi üçün həm faktiki, həm də formal əsaslar olub, xüsusən, gizlənmə təhlükəsi, sübutların məhv edilməsi təhlükəsi var idi və cinayətin təkrarlanması halları ola bilərdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →