—

Mixaylo Podolyak: "Rusiyanın ikiüzlülüyünə son qoymağın vaxtı çatıb"

362
Mixaylo Podolyak: "Rusiyanın ikiüzlülüyünə son qoymağın vaxtı çatıb"
Dinləmək üçün basın

"Rusiyanın ikiüzlülüyünə son qoymağın vaxtı çatıb".

"Rusiyanın ikiüzlülüyünə son qoymağın vaxtı çatıb".

InterPress.ge xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının müşaviri Mixaylo Podolyak deyib.

"Əhəmiyyətli infrastruktura hücum etmək, dinc əhalini dondurmaq, cəbhə xəttində ölənləri ört-basdır etmək üçün total səfərbərlik təşkil etmək əmrini verənlər, şübhəsiz ki, G20 liderləri ilə bir masa arxasında otura bilməzlər. Rusiya ikiüzlülüyünə son qoymağın vaxtıdır. Rusiya Federasiyası bütün platformalardan qovulmalıdır”, - deyə o bildirib.

Bu gün Rusiya Kiyevə raket zərbəsi endirib. Kiyev meri Vitali Kliçkonun Telegram-da yazdığına görə, partlayışlardan biri Ukrayna paytaxtının mərkəzində, Şevçenkivski rayonunda baş verib. Kliçkonun sözlərinə görə, Rusiya Kiyevi “kamikadze” pilotsuz təyyarələrlə bombalayıb.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynanı işğal edib. Rusiya hərbi qüvvələri minlərlə mülki vətəndaşının həyatına son qoyub. 10 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiSon xəbərlərə bax →