—

Oleksi Reznikov: "Artıq dünyanın Rusiyanı hüquqi cəhətdən terrorçu dövlət kimi tanımasının vaxtı çatıb"

300
Oleksi Reznikov: "Artıq dünyanın Rusiyanı hüquqi cəhətdən terrorçu dövlət kimi tanımasının vaxtı çatıb"
Dinləmək üçün basın

"Artıq dünyanın Rusiyanı hüquqi cəhətdən terrorçu dövlət kimi tanımasının vaxtı çatıb".

"Artıq dünyanın Rusiyanı hüquqi cəhətdən terrorçu dövlət kimi tanımasının vaxtı çatıb".

InterPress.ge xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksi Reznikov deyib.

"Həqiqəti görmək və Rusiyanı hüquqi cəhətdən terrorçu dövlət  kimi tanımağın vaxtıdır. Ukrayna və Litva artıq bunu edib, Estoniya isə hazırlaşır. Ukraynalılar kimi cəsarətli olun!" - deyə Ukraynanın müdafiə naziri bildirib.

Dünən Reznikov bildirib ki, Ukrayna xalqının cəsarəti heç vaxt terrorçuların raketləri ilə məhv edilməyəcək. Onun sözlərinə görə, ruslar onların müttəfiqlərinin gücünü sarsıda biməyəcəklər. Ukrayna müdafiə nazirinin qeyd etdiyinə görə, onların dönməz şəkildə məhv etdikləri yeganə şey Rusiyanın gələcəyidir.

Dünən səhər saatlarında Ukrayna rəsmiləri Kiyev, Jitomir, Xmelnitsk, Dnepr, Vinatsa və Ternopolda partlayış səslərinin eşidildiyini bildiriblər.

Rusiya Ukrayna istiqamətində 83 raket atıb. Onlardan 41-i Ukraynanın Hava Hücumundan Müdafiə Sistemi (AD) tərəfindən zərərsizləşdirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı bildirib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin məlumatına görə, dünən Ukrayna şəhərlərinə irimiqyaslı raket hücumu nəticəsində ölənlərin sayı 19-a, yaralıların sayı isə 105-ə çatıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiSon xəbərlərə bax →