—

Zelenska: "Düşmən dəli olur, çünki biz qalib gəlirik"

381
Zelenska: "Düşmən dəli olur, çünki biz qalib gəlirik"
Dinləmək üçün basın

"Ruslar Ukrayna xalqını qorxutmağa çalışırlar, lakin ukraynalılar qorxmur".

"Ruslar Ukrayna xalqını qorxutmağa çalışırlar, lakin ukraynalılar qorxmur".

InterPress.ge xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Olena Zelenska deyib.

"Rusiya raketləri Ukrayna şəhərlərini kütləvi şəkildə vurur və uşaqlarımız yenidən metroda gizlənməli olurlar. Onlar bizi qorxutmağa və sındırmağa çalışırlar - amma ukraynalılar mahnı oxuyurlar. Həqiqət bizim millətin tərəfindədir. Ukraynalılar qorxmurlar. Düşmən dəli olur, çünki biz qalib gəlirik”, - deyə Ukraynanın birinci xanımı bildirib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin məlumatına görə, dünən Ukrayna şəhərlərinə irimiqyaslı raket hücumu nəticəsində ölənlərin sayı 19-a, yaralıların sayı isə 105-ə çatıb.

Dünən səhər saatlarında Ukrayna rəsmiləri Kiyev, Jitomir, Xmelnitsk, Dnepr, Vinatsa və Ternopolda partlayış səslərinin eşidildiyini bildiriblər.

Rusiya Ukrayna istiqamətində 83 raket atıb. Onlardan 41-i Ukraynanın Hava Hücumundan Müdafiə Sistemi (AD) tərəfindən zərərsizləşdirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı bildirib.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiSon xəbərlərə bax →