—

Rusiyadan Gürcüstana səfər edən ziyarətçilərin sayı 5 dəfə artıb

814
Rusiyadan Gürcüstana səfər edən ziyarətçilərin sayı 5 dəfə artıb
Dinləmək üçün basın

2022-ci ilin avqust ayında Rusiyadan Gürcüstana səfər edən ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə artıb.

2022-ci ilin avqust ayında Rusiyadan Gürcüstana səfər edən ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə artıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyasından məlumat verilib.

Məlumata görə, ötən ay Rusiyadan gələn beynəlxalq ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434,4% artıb.

Daha dəqiq desək, 2022-ci ilin avqust ayında Gürcüstana Rusiyadan 213 261 ziyarətçi səfər etdiyi halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 39 909 olub.

Onu da qeyd edək ki, beynəlxalq ziyarətçilərin sayına görə Rusiya ilk 15 ölkə arasında 1-ci yerdədir. İkinci yerdə 138 471 ziyarətçi ilə Ermənistan, 3-cü yerdə isə 103 548 ziyarətçi ilə Türkiyə gəlir.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →