—

İlon Mask bunu edənə 25 min dollar verəcək

5,121
İlon Mask bunu edənə 25 min dollar verəcək
Dinləmək üçün basın

Milyarder İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti “Starlink” peyk internet sistemini sındıran hakerlərə pul ödəyəcəyinə söz verib.

Milyarder İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti “Starlink” peyk internet sistemini sındıran hakerlərə pul ödəyəcəyinə söz verib.

InterPress.ge “Business Insider”ə istinadən xəbər verir ki, səhvlər və boşluqlar aşkar edən mütəxəssislər 25 min ABŞ dolları alacaqlar.

Bildirilir ki, şirkət bununla təhlükəsizlik üzrə tədqiqatçı Lennert Voutersin cəmi 25 dollara başa gələn və evdə hazırlanmış cihazdan istifadə edərək “Starlink”i necə sındırmağı bacardığını izah edən açıqlamasına cavab verib.

“Starlink” təhlükəsizlik sahəsindəki tədqiqatçıları salamlayır” adlı altı səhifəlik hesabatında “SpaceX” Voutersi sistemi sındırması münasibətilə təbrik edib. “Biz hücumu texniki cəhətdən heyrətamiz hesab edirik və bu, bildiyimiz ilk belə hücumdur”, - “SpaceX”in sənədində deyilir.

Şirkətdən qeyd olunub ki, onların öz mühəndisləri də daim “Starlink”i daha təhlükəsiz etmək üçün onu sındırmağa çalışırlar. “SpaceX” digər mütəxəssislər də səhvlərin axtarışına töhfə verməyə dəvət edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →