—

Ukraynanın Prezident Ofisi: Ölkənin bərpası üçün ildə 100 milyard dollar lazımdır

377
Ukraynanın Prezident Ofisi: Ölkənin bərpası üçün ildə 100 milyard dollar lazımdır
Dinləmək üçün basın

Ukraynanın müharibədən sonrakı bərpası hər il 30-100 milyard ABŞ dolları tələb edəcək.

Ukraynanın müharibədən sonrakı bərpası hər il 30-100 milyard ABŞ dolları tələb edəcək.

InterPress.ge xəbər verir ki, bunu Ukrayna Media Mərkəzində keçirdiyi brifinqdə Prezident Ofisi rəhbərinin müşaviri Timofiy Milovanov deyib.

Onun sözlərinə görə, makro iqtisadiyyatı dəstəkləmək üçün ildə 20-30 milyard dollar, ordunu dəstəkləmək üçün bir o qədər vəsait lazımdır.

"Luqanoda keçirilən konfransda Ukrayna bəyan etdi ki, ölkənin bərpası üçün 750 milyard dollar lazımdır. Əgər biz belə sərmayələr alsaydıq, o zaman Ukrayna həqiqətən də iqtisadi cəhətdən inkişaf etmiş ölkə olardı", - o deyib.

Xatırladaq ki, bundan əvvəl İsveçrənin Luqano şəhərində Ukraynanın bərpasına dair beynəlxalq konfrans keçirilib. Tədbirin yekunu olaraq müvafiq plan təsdiq edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →