—

Rus işğalçıları Donetskin Baxmut şəhərini “Uraqan” raketləri ilə bombalayıb

519
Rus işğalçıları Donetskin Baxmut şəhərini “Uraqan” raketləri ilə bombalayıb
Dinləmək üçün basın

Ukrayna Baş Prokurorluğundan verilən məlumata görə, Rusiya qüvvələri Donetsk vilayətinin Baxmut şəhərini “Uraqan” tipli çoxsaylı raket sistemlərindən istifadə etməklə bombalayıb, nəticədə 6 nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“İşğalçıların mərmiləri yerli bazarın administrasiyasına və dükanlara düşüb. Mina partlaması nəticəsində 6 vətəndaş yaralanıb.  Bundan əlavə, təxminən on yaşayış binası və fərdi tikili dağıdılıb və ya zədələnib, nəqliyyat vasitələri yanıb”, - məlumatda deyilir.
 
KİV-in verdiyi məlumata görə, faktla bağlı müharibə qanunlarının və qaydalarının pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı cinayət işi açılıb.

Bundan əlavə, Ukrayna mətbuatının yazdığına görə, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər işləyir, araşdırmalar davam edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →