—

Bu yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq 

693
Bu yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq 
Dinləmək üçün basın

Tamar Mepe prospektində nəzərdə tutulan işlər ilə əlaqədar iyulun 15-dən avqustun 10-dək avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

InterPress.ge xəbər verir ki, məlumatı Tbilisi meriyası yayıb.

İşlər əsasən Tamar Mepe prospekti ilə Ağmaşenebeli prospektinin kəsişməsindəki yol hissəsində aparılacaq.

İşlər zamanı mövcud yol adalarının, piyada səkilərinin və avtomobil yolunun yenidən qurulması və müasirləşdirilməsi işləri aparılacaq.

Zəruri hallarda yolun hərəkət hissəsi yalnız gecə saat 00:00-dan 06:00-a kimi bağlanacaq.

Nəqliyyat vasitələri üçün hərəkət istiqamətləri dəyişməz olaraq qalacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →