—

Neft bahalaşıb

286
Neft bahalaşıb
Dinləmək üçün basın

Dünya bazarlarında neft bahaşıb. Bazarlar təklif perspektivləri gözləntisindədir. Bundan başqa, ABŞ-da ehtiyatlarla bağlı statistikanın açıqlanmasından sonra tələblə bağlı gözləntilər də diqqət mərkəzindədir.

Dünya bazarlarında neft bahaşıb. Bazarlar təklif perspektivləri gözləntisindədir. Bundan başqa, ABŞ-da ehtiyatlarla bağlı statistikanın açıqlanmasından sonra tələblə bağlı gözləntilər də diqqət mərkəzindədir.

InterPress.ge birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 0,68% bahalaşaraq 100,25 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,55% artaraq 1 bareli 96,8 ABŞ dolları təşkil edib.

Dünyada mümkün resessiyanın baş verməsi ilə bağlı narahatlıqlar tələbə mənfi təsir göstərir.

Treyderlər ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı statistikanı qiymətləndirirlər. Məlumata görə, iyulun 8-dək olan həftə ərzində ABŞ-da neftin ehtiyatları gözlənilmədən 3,3 milyon barel artıb. Analitiklər ehtiyatların 0,2 milyon barel azalacağını güman edirdilər.

Neft məhsulları ilə bağlı məlumatlar gözləniləndən pis olub. Belə ki, ölkədə benzin ehtiyatları 5,8 milyon, distillyat ehtiyatları 2,7 milyon barel artıb ki, bu da gözlənilənlərdən yüksəkdir. Həftə ərzində ABŞ-da gündəlik neft hasilatı 100 minədək azalıb və gündəlik 12 milyon barelə düşüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →