—

Gürcüstanda kartofun qiyməti rekord həddə aşağı düşüb

3,673
Gürcüstanda kartofun qiyməti rekord həddə aşağı düşüb
Dinləmək üçün basın

EastFruit analitiklərinin fikrincə, Gürcüstanda yeni kartof məhsulunun qiyməti kəskin şəkildə aşağı düşüb. Bir çox gürcü fermerlər, Rusiyanın Ukraynaya işğalı ilə regionda ərzaq təhlükəsizliyi riskləri səbəbindən əsas…

EastFruit analitiklərinin fikrincə, Gürcüstanda yeni kartof məhsulunun qiyməti kəskin şəkildə aşağı düşüb. Bir çox gürcü fermerlər, Rusiyanın Ukraynaya işğalı ilə regionda ərzaq təhlükəsizliyi riskləri səbəbindən əsas məhsulların qiymətlərinin qalxmasını gözləyərək, istehsal xərclərinin artmasına baxmayaraq, böyük miqdarda kartof əkiblər.

lnterPress.ge xəbər verir ki, nəticədə qiymətlər aşağı düşüb.

Dünyanın bəzi ölkələrində ərzaq təhlükəsizliyi həqiqətən də problem ola bilər, amma hələlik gürcü fermerlər Gürcüstanın kartof ixracına tələbat olmadığını deyirlər. 

Hazırda kartofun topdansatış qiyməti bir ay əvvəlki qiymətin cəmi üçdə birini təşkil edir: 1 kiloqramın qiyməti orta hesabla 1 laridir, bu da həmin həftənin 2019-cu ilin göstəricisinə çox yaxındır.

Fermerlər hazırda yerli tələbatın az olduğunu deyirlər.  Onların sözlərinə görə, bu həftə də Rusiya tərəfdən aktivlik müşahidə olunmayıb. Rusiya ötən mövsüm çoxlu kartof idxal edib, ancaq fermerlər bu mövsüm hər şeyin fərqli olduğunu deyirlər. Buna görə də, əkinçilər kartof yığmağa tələsmirlər.

Təchizat zəncirinə gəldikdə, o, demək olar ki, dəyişməz olaraq qalır: Əgər Gürcüstandan ixrac etmək istəyirlərsə, idxalçılar həmin yerə gəlib kartof almalıdırlar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →