—

InterPress.ge-nin həyata keçirdiyi jurnalistika kurdsunun iştirakçıları Amerika səfrliyində olub - FOTO

740
InterPress.ge-nin həyata keçirdiyi jurnalistika kurdsunun iştirakçıları Amerika səfrliyində olub - FOTO
Dinləmək üçün basın

InterPress.ge- nin həyata keçirdiyi jurnalistika kurslarının iştirakçıları Amerika səfrliyində seminar görüşdə olublar.

InterPress.ge-nin həyata keçirdiyi jurnalistika kurslarının iştirakçıları Amerika səfrliyində seminar görüşdə olublar.

ABŞ səfirliyində seminar görüş Amerikanın Gürcüstandakı səfirliyinin mətbuat attaşesi Con Ferri, mətbuat attaşesinin köməkçisi Amira İsmayıl, Sveta Kravçenko ABŞ-ın Kiyevdəki səfirliyinin informasiya üzrə köməkçisi və media Eksperti Sofi Gelava tərəfindən keçirilib.

Görüşdən əvvəl səfirlik əməkdaşları kurs iştirakçılarına səfirliyin daxilində ekskrusiya təşkil edib. Daha sonra isə InterPress.ge-nin təsisşisi və baş redaktoru Nahid Qurbanov sayt və kurs haqda məlumat verib. ABŞ səfirliyinin nümayəndələri bu kursun faydalı və önəmli olduğunu vurğulayıblar.

Görüşdə iştirakçılar media və dezinformasiya, saxta məlumat haqqında Amerika, Ukrayna və Gürcüstanın təcrübəsi ilə tanış olub.

Amerika səfirliyinin əməkdaşı Amira İsmayıl kurs iştirakçılarına Amerikada saxta və yanlış məlumatların yayılmasının qarşısını almaq üçün istifadə etdikləri üsullardan bəhs edib. O, bildirib ki, Amerika məktəblərində "Media savadlılığı" fənn olaraq tədris olunur.

Daha sonra səfirliyin Ukraynadan olan əməkdaşı Sveta Kravçenko öz ölkəsindəki Rusiya propagandası ilə mübarizə üsulları haqda məlumat verib.

Görüşdə Gürcüstandakı mövcud vəziyyətlə bağlı məlumat verməsi üçün səfirliyin kurs iştirakçıları üçün xüsusi olaraq dəvət etdiyi DFRLAB-ın əməkdaşı Sopo Gelava da iştirak edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →