—

Gürcüstana nə qədər Rusiya və Ukrayna vətəndaşı daxil olub?

1,102
Gürcüstana nə qədər Rusiya və Ukrayna vətəndaşı daxil olub?
Dinləmək üçün basın

2022-ci ilin mart və aprel aylarında seçilmiş ölkələrin rezidentlərinin giriş və çıxışları arasında əhəmiyyətli fərqlər müşahidə olunub ki, bu da onu göstərir ki, Gürcüstana, xüsusilə Rusiya və Ukraynadan səyahət…

2022-ci ilin mart və aprel aylarında seçilmiş ölkələrin rezidentlərinin giriş və çıxışları arasında əhəmiyyətli fərqlər müşahidə olunub ki, bu da onu göstərir ki, Gürcüstana, xüsusilə Rusiya və Ukraynadan səyahət edənlərin əhəmiyyətli hissəsi hələ də ölkəni tərk etməyib.

lnterPress.ge xəbər verir ki, bu barədə PMCG – nin araşdırmasında qeyd olunub.

“Rusiya Ukraynada müharibəyə başladıqdan sonra sərhəd keçidlərinin statistikası rusların, belarusların və ukraynalıların ölkəyə giriş və çıxışları arasında ciddi fərqlər aşkar edib.

Bu fərq xüsusilə ruslar, daha sonra ukraynalılar və belaruslar üçün böyükdür ki, bu da bu seçilmiş ölkələrdən səyahət edənlərin əhəmiyyətli hissəsinin ölkəni tərk etmədiyini göstərir. Onu da qeyd edək ki, təkcə 2022-ci ilin mart və aprel aylarında daxil olan və xaric olanlar arasında ciddi fərqlər müşahidə olunub”, - deyə raşdırmada qeyd olunub.

Bununla belə, PMCG araşdırmasına görə, 2022-ci ilin mart-aprel aylarında Rusiyadan 93,9 min vətəndaş daxil olub, 56,1 min nəfər isə gedib; Ukraynadan daxil olanların sayı 38,9 min nəfər, gedənlərin sayı isə 19,4 min nəfərdir; Belarusiyaya gəlincə, hesabat dövründə Belarusdan Gürcüstana 28,3 min vətəndaş daxil olub, 12,8 min nəfər isə gedib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →