—

Sinoptiklərdən açıqlama: Bu tarixdən havanın temperaturu yüksələcək

3,339
Sinoptiklərdən açıqlama: Bu tarixdən havanın temperaturu yüksələcək
Dinləmək üçün basın

İyunun 6-dək Gürcüstanın bəzi rayonlarında, əsasən, gecə və axşam, yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mayın 28-29-da aran rayonlarında havanın temperaturu +26, +31 dərəcə…

İyunun 6-dək Gürcüstanın bəzi rayonlarında, əsasən, gecə və axşam, yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mayın 28-29-da aran rayonlarında havanın temperaturu +26, +31 dərəcə olacaq, mayın 30-da isə +30, +35 dərəcəyədək yüksələcək.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Mayın 31-dən iyunun 3-dək Qərbi Gürcüstanda gözlənilən qısamüddətli yağışlar səbəbindən havanın temperaturu 4-6 dərəcə aşağı düşəcək. Şərqi Gürcüstanda gələn həftə yüksək temperatur fonu saxlanılacaq.

Tbilisidə mayın 28-29-da havanın temperaturu +28, +30 dərəcə, mayın 30-dan gələn həftənin sonunadək isə +32, +34 dərəcəyədək yüksələcək. Gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Salome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Son xəbərlərə bax →