—

Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir

798
Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir
Dinləmək üçün basın

Bu gün, 26 may tarixində, Gürcüstan Müstəqillik Gününü qeyd edir.

Bu gün, 26 may tarixində, Gürcüstan Müstəqillik Gününü qeyd edir.

InterPress.ge xəbər verir ki, Milli Şuranın qərarı ilə 26 may 1918-ci ildə Gürcüstan müstəqil bir respublika elan edilib.

Noe Jordania Respublikanın sədri seçilib. 26 may 1918-ci ildə "Gürcüstan Dövlət Müstəqillik Aktı" qəbul edilib. Müstəqilliyi qabaqcıl Avropa ölkələri tərəfindən tanınan Gürcüstan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal edildikdən üç il keçməmiş mövcudluğunu dayandırıb.

Gürcüstan 70 ildən sonra, 9 aprel 1991-ci ildə müstəqilliyini bərpa edə bilib.

Bu gün Tbilisidə Azadlıq Meydanında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək. 

Tədbirin rəsmi hissəsində Gürcüstanın rəsmi şəxsləri və diplomatik korpusun nümayədələri iştirak edəcəklər.

Tədbirlər çərçivəsində hərbi texnika sərgilənəcək, hərbi xidmətə çağırılanların təntənəli andiçmə mərasimi olacaq. Saat 17:10-da bütün ölkə üzrə dövlət himni səsləndiriləcək. Bundan sonra hərbi təyyarə və helikopterlər Tbilisi səmasında Gürcüstan və Avropa İttifaqının bayraqları ilə uçuşlar edəcəklər. Bayram gününə Respublika meydanında qala-konsertlə yekun vurulacaq.

Dövlət bayramı Gürcüstanın bölgələrində də müxtəlif idman, əyləncəli və maarifləndirici tədbirlərlə qeyd olunacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Salome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Son xəbərlərə bax →