Mayın 18-də Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək, mayın 19-20-də isə yağışlı və küləkli hava şəraiti gözlənilir. Mayın 18-19-da havanın temperaturu aran bölgələrində +23, +29 dərəcə mayın 20-də isə +17, +22 dərəcə təşkil edəcək.
InterPress.ge xəbər verir ki, mayın 21-də yenidən hava açılacaq, istiləşəcək.
Mayın 18-də Tbilisidə yağıntı olmayacaq. Mayın 19-20-də qısamüddətli yağış yağacaq, şimşək çaxacaq, arabir güclü külək əsəcək. Mayın 18-19-da havanın temperaturu +24, +26 dərəcəyə, mayın 20-də isə +18, +20 dərəcəyə enəcək.
