Mayın 10-13-də Gürcüstanın bəzi yerlərində qısamüddətli yağış davam edəcək. Havanın temperaturu qərb bölgəsində +15, +20, şərq bölgəsində isə +18, +23 dərəcə təşkil edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Onlar həmçinin bildiriblər ki, mayın 14-də ölkə ərazisinin əksər bölgələrində hava yağmursuz keçəcək, +23, +28 dərəcə isti olacaq.
Tbilisidə yağıntı olmayacaq. Mayın 10-13-də havanın temperaturu +19, +21 dərəcəyədək, mayın 14-də isə +24, +26 dərəcəyədək yüksələcək.
