—

Ukraynada öldürülən gürcü döyüşçü vətənə qaytarıldı

458
Ukraynada öldürülən gürcü döyüşçü vətənə qaytarıldı
Dinləmək üçün basın

Aprelin 16-da Ukraynada Rusiya işğalçı qüvvələri ilə döyüşdə həlak olan gürcü döyüşçü Arkadi Kasradze vətənə qaytarılıb.

Aprelin 16-da Ukraynada Rusiya işğalçı qüvvələri ilə döyüşdə həlak olan gürcü döyüşçü Arkadi Kasradze vətənə qaytarılıb.

InterPress.ge xəbər verir ki, Arkadi Kasradze Polşanın paytaxtı vasitəsilə Ukraynadan Gürcüstana gətirilib.

Arkadi Kasradzenin cənazəsi Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstan və Ukrayna bayraqları və şamlar yandırılaraq qarşılanıb.

Kasradze Luqansk vilayətinin Rubejno şəhərində toqquşmalar zamanı həlak olub . Aprelin 16-da Ukraynada dünyasını dəyişən Zaza Bitsadze və Alika Tsaavanın cənazələrinin sabah Gürcüstana gətirilməsi planlaşdırılır. Bir neçə gün əvvəl Ukraynada onlar üçün mülki dəfn mərasimi keçirilib.

Ukraynada Rusiyanın təcavüzünə qarşı mübarizədə ümumilikdə 9 gürcü könüllü döyüşçü həlak olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Salome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Son xəbərlərə bax →