—

Gürcüstandan daha bir istiqamətə müntəzəm uçuşlar həyata keçiriləcək

1,310
Gürcüstandan daha bir istiqamətə müntəzəm uçuşlar həyata keçiriləcək
Dinləmək üçün basın

Gürcüstanın aviasiya bazarında daha bir aviaşirkət fəaliyyətə başlayır. Bu il mayın 1-dən Almaniyanın “Kondor” şirkəti Tbilisi Beynəlxalq Hava Limanına müntəzəm uçuşlar həyata keçirəcək.

Gürcüstanın aviasiya bazarında daha bir aviaşirkət fəaliyyətə başlayır.  Bu il mayın 1-dən Almaniyanın “Kondor” şirkəti Tbilisi Beynəlxalq Hava Limanına müntəzəm uçuşlar həyata keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş müraciətinə əsasən, Frankfurt-Tbilisi-Frankfurt reysləri oktyabrın 28-dək həftədə iki dəfə, hər bazar ertəsi və cümə günü yerinə yetiriləcək.

“Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi bu il aprelin 20-də “Condor Airlines” aviaşirkətinə bu ərazilərdə fəaliyyət göstərmək üçün icazə verib”, - deyə agentlik bildirib.

1955-ci ildə əsası qoyulan Condor Hava Yolları hazırda dünya üzrə 90-dan çox istiqamətdə fəaliyyət göstərir.  

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Salome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Son xəbərlərə bax →