—

Ukraynada öldürülən iki gürcü döyüşçü vətənə qaytarıldı

322
Ukraynada öldürülən iki gürcü döyüşçü vətənə qaytarıldı
Dinləmək üçün basın

Ukraynada həlak olan iki gürcü döyüşçü - Davit Menabdişvili və Nika Şanava vətənə gətirilib.

Ukraynada həlak olan iki gürcü döyüşçü - Davit Menabdişvili və Nika Şanava vətənə gətirilib.

InterPress.ge xəbər verir ki, vətəndaşlar həlak olan döyüşçüləri yad etmək üçün Tbilisi Beynəlxalq Hava Limanına toplaşıblar. 

Həlak olanların ailə üzvləri və yaxınları da hava limanında olub. Vətəndaşlar ölənlərin vətənə qaytarılmasını şamlarla, eləcə də Gürcüstan və Ukrayna bayraqları ilə qarşılayıblar. Davit Menabdişvili və Nika Şanava Gürcüstan və Ukrayna himnlərinin sədaları altında hava limanından çıxarılıb.

Nika Şanava və Davit Menabdişvili aprelin 9-da Ukraynanın Xarkov vilayətinin İzumi şəhəri yaxınlığında baş verən toqquşmada həlak olublar.

Ukraynada indiyədək 6 gürcü döyüşçü öldürülüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Salome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Son xəbərlərə bax →