—

Aİ-nin Gürcüstandakı səfiri: "Aİ qondarma konstitusiya və hüquqi çərçivəni tanımır'

316
Aİ-nin Gürcüstandakı səfiri: "Aİ qondarma konstitusiya və hüquqi çərçivəni tanımır'
Dinləmək üçün basın

"Aİ qondarma konstitusiya və hüquqi çərçivəni tanımır. Bu gün Gürcüstanın separatçı regionu Cənubi Osetiyada prezident seçkiləri keçirilir."

"Aİ qondarma konstitusiya və hüquqi çərçivəni tanımır. Bu gün Gürcüstanın separatçı regionu Cənubi Osetiyada prezident seçkiləri keçirilir."

InterPress.ge xəbər verir ki, bu barədə
Aİ-nin Gürcüstandakı səfiri Karl Harçel bəyan edib.

“Biz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı Böhran üzrə Xüsusi Nümayəndəsi eləcə də Aİ-nin Monitorinq Missiyası da daxil olmaqla, tanınmama və qarşılıqlı əlaqə siyasəti yürütməyə davam edirik”, - deyə səfir Harçel bildirib. 

Bazar günü, aprelin 10-da Rusiya silahlı qüvvələrinin işğalı altında olan Çxinvali bölgəsində faktiki prezident seçkiləri keçirildi.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, “belə təxribat xarakterli hərəkətlər Gürcüstan rayonlarının qanunsuz işğalını və gürcülərə qarşı etnik təmizləməni qanuniləşdirməyə yönəlib”.

ABŞ-ın Gürcüstandakı səfirliyi bəyan edir ki, ABŞ Gürcüstanın Cənubi Osetiya regionunda aprelin 10-da keçirilmiş qondarma prezident seçkilərini və onun nəticələrini tanımır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →