—

Neft ucuzlaşıb

217
Neft ucuzlaşıb
Dinləmək üçün basın

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclası ilə əlaqədar fond birjalarında hökm sürən ümumi bədbinlik fonunda dünya bazarlarında neftin qiyməti aşağı düşüb.

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclası ilə əlaqədar fond birjalarında hökm sürən ümumi bədbinlik fonunda dünya bazarlarında neftin qiyməti aşağı düşüb.

InterPress.ge birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,38% ucuzlaşaraq, 1 bareli 86,85 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,43% aşağı düşərək, 1 bareli 85,24 ABŞ dolları təşkil edib.

İnvestorlar FES iclasının bu gün açıqlanacaq nəticələrini gözləyirlər. Analitiklər hesab edirlər ki, tənzimləyici orqan monetar siyasətin tezliklə sərtləşdiriləcəyini bəyan edəcək.

“Qara qızıl”ın qiymətinin düşməsinə Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatları haqqında statistik məlumatları dərc etməsi də təsirsiz ötüşməyib. Belə ki, API-nin məlumatına əsasən yanvarın 21-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 0,87 milyon barel azalıb. Analitiklər azalmanın cəmi 0,4 milyon barel təşkil edəcəyini gözləyirdilər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Salome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Son xəbərlərə bax →