—

Qızıl ucuzlaşdı

463
Qızıl ucuzlaşdı
Dinləmək üçün basın

Möhkəmlənən ABŞ dollarının təzyiqi altında qızılın dəyəri azalıb.

Möhkəmlənən ABŞ dollarının təzyiqi altında qızılın dəyəri azalıb.

InterPress.ge birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,3%, yaxud 5,55 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 846,95 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,58% aşağı düşərək, 1 unsiyası 23,758 ABŞ dolları təşkil edib.

ABŞ dollarının bir sıra valyutalara, o cümlədən Yaponiya yeninə qarşı möhkəmlənməsi qızılın qiymətinə təsir göstərir. ABŞ dollarının indeksi isə 0,02% artaraq, 95,97 bəndə çatıb.

İnvestorlar FES iclasının bu gün açıqlanacaq nəticələrini gözləyirlər. Analitiklər hesab edirlər ki, tənzimləyici orqan tezliklə monetar siyasəti sərtləşdirəcək və yaxın gələcəkdə uçot dərəcəsini artıra bilər.

Qızıl fyuçerslərinin hesablandığı ABŞ dolları bu qərarlardan sonra möhkəmlənə bilər, bu isə qiymətli metalı digər valyuta istifadəçiləri üçün daha az əlçatan edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Salome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Son xəbərlərə bax →