ABŞ-ın Texas ştatında silahlı şəxs sinaqoqda insanları girov götürüb.
InterPress.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hadisə Kollivil şəhərində qeydə alınıb. İnsidentin təfərrüatı barədə məlumat verilməyib.
Ağ Evdən verilən açıqlamada hadisənin yaxından izlənildiyi, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi təyinatlılarla bərabər, FTB-nin də olay yerində olduğu bildirilib.
