Azərbaycanın daha bir Vətən müharibəsi qazisi dünyasını dəyişib.
InterPress.ge “Report”a istinadən xəbər verir ki, 6 aydır koma vəziyyətində olan Səbuhi Hüseynli 15 aprel tarixində şəhidlik zirvəsinə ucalıb.
Xaçmaz rayonunun Maqsudkənd kəndindən olan 23 yaşlı Səbuhi Hüseynli oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlər zamanı ağır yaralanmışdı.
Qazi oktyabrın 30-da beyin əməliyyatı olunsa da xeyri olmayıb.
Onun 1 övladı yadigar qalıb.
Allah rəhmət eləsin!
