—

Məhkəmə 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən  İlkin Süleymanovu həbsdə saxladı

5,587
Məhkəmə 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən  İlkin Süleymanovu həbsdə saxladı
Dinləmək üçün basın

Sabunçu Rayon Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və təqsirləndirilən şəxsin azadlığa buraxılması ilə…

Sabunçu Rayon Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və təqsirləndirilən şəxsin azadlığa buraxılması ilə bağlı vəsatətə baxılıb.

İnterPress.ge Oxu.Az-a istinadən xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən baxılan prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilməyib və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də, iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Tovuz Rayon Məhkəməsin İ.Süleymanov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Salome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Son xəbərlərə bax →