—

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 98 % azalıb

810
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 98 % azalıb
Dinləmək üçün basın

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 3 138 nəfər səfər edib.

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 3 138 nəfər səfər edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Sənədə əsasən, ziyarətçilərin sayı illik müqayisədə 121 396 nəfər və yaxud 97,5 % azalıb.

Ötən ay Gürcüstana üz tutan beynəlxalq ziyarətçilərin sayı ötən ilin eyni dövrünə nisbətdə 93,6 % azalaraq 33 765 nəfər təşkil edib.

Hesabat ayında Gürcüstan başqa ölkələr arasında ən çox Türkiyədən ziyarətçi (60 512 nəfər) qəbul edib. Bu, 2019-cu ilin eyni göstəricisindən 80,7 % azdır.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında sərbəst gediş-gəliş koronavirus pandemiyası səbəbindən ötən ilin martın 14-dən dayandırılıb. Azərbaycandan Gürcüstana səfərlər xüsusi icazə və qaydalar əsasında mümkündür.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →