Azərbaycanda bu günədək koronavirusdan 65 min nəfər peyvənd olunub.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Nazirlər Kabineti məlumatı yayıb.
Qeyd edək ki, fevralın 5-də Azərbaycana 648 min doz peyvənd gətirilib. Ümumilikdə isə ölkəyə cəmi 848 min doz vaksin gətirilib.
