Lançxutidə qatar 60 yaşlı qadını vurub.
InterPress.ge xəbər verir ki, qadın qəza nəticəsində yerindəcə vəfat edib.
Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, istintaq Cinayət Məcəlləsinin 275-ci maddənin dördüncü hissəsi ilə başladılıb.
Hadisə ilə bağlı digər əlavə təfərrüatlar hələ məlum deyil.
