—

Polis qəsdən adam öldürmə faktı ilə əlaqədar bir nəfəri saxladı

608
Polis qəsdən adam öldürmə faktı ilə əlaqədar bir nəfəri saxladı
Dinləmək üçün basın

Dünən Xaraqauli bələdiyyəsində qətl hadisəsi baş verib.

Dünən Xaraqauli bələdiyyəsində qətl hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Şöbəsi və Daxili İşlər Nazirliyinin Xaraquli rayon şöbəsinin Dedektivlər Şöbəsinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 1990-cı il təvəllüdlü V.K-nı saxlayıblar.

Agentliyin verdiyi məlumatına görə, istintaq 9 yanvar tarixində Xaraqauli Bələdiyyəsinin Vardzia kəndində təqsirləndirilən şəxsin öz qonşusunu, 1963-cü il təvəllüdlü N.B-nı ov tüfəngi ilə yaraladığını müəyyənləşdirdi. Yaralı xəstəxanaya aparıldıqdan bir müddət sonra öldü.

Hüquq-mühafizə orqanları isti təqib ilə aparılan operativ və istintaq tədbirləri nəticəsində hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi saxladı. Polis sübut olaraq silahı - ov tüfəngini götürdü. Saxlanılan şəxs günahını boynuna alır.

Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə qəsdən adam öldürmə faktı üzrə istintaq aparılır. Cinayətdə 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur” ,- deyilir məlumatda.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiSon xəbərlərə bax →