—

Gürcüstanda qardaş qardaşı bıçaqlayaraq öldürdü

2,182
Gürcüstanda qardaş qardaşı bıçaqlayaraq öldürdü
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Tbilisi İstintaq Baş İdarəsinin əməkdaşları isti təqib ilə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində ailə üzvünə qarşı qəsdən adam öldürmə faktı ilə əlaqədar 1999-cu il təvəllüdlü…

Daxili İşlər Nazirliyinin Tbilisi İstintaq Baş İdarəsinin əməkdaşları isti təqib ilə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində ailə üzvünə qarşı qəsdən adam öldürmə faktı ilə əlaqədar 1999-cu il təvəllüdlü Q.A-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.

“İstintaq təqsirləndirilən şəxsin - 2001-ci il təvəllüdlü M.A-nı mübahisə zəminində soyuq silahdan istifadə edərək bədəninə yara vurduğunu müəyyənləşdirdi. Yaralı gənci təcili yardım qrupu xəstəxanaya çatdırsa da, onu xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət silahını - bıçağı sübut kimi götürüblər.

Ailə üzvünə qarşı qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima, 108 maddəsi ilə araşdırılır.

Cinayət ən çox 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur”,- deyə bildirilib açıqlamada.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →