—

Oğlunu qətlə yetirən qadın saxlanıldı

1,363
Oğlunu qətlə yetirən qadın saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Samçxe-Cavaxetiya Polis İdarəsinin əməkdaşları isti təqib ilə aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində 1958-ci il təvəllüdlü T.P-nı Borjomidə ağırlaşdırıcı şəraitdə qəsdən…

Gürcüstan Daxili İşlər Nazirliyinin Samçxe-Cavaxetiya Polis İdarəsinin əməkdaşları isti təqib ilə aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində 1958-ci il təvəllüdlü T.P-nı Borjomidə ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

“İstintaq təqsirləndirilən qadının oğluna - 1979-cu il təvəllüdlü İ.P-yə, evlərində mübahisə zəminində, soyuq silahdan istifadə edərək ölümcül xəsarət yetirdiyini müəyyənləşdirdi. Yaralı hadisə yerindəcə öldü. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin silahını - bıçağı sübut kimi götürüblər.

Ağırlaşdırıcı şərtlərdə ailə üzvünə qarşı törədilmiş qəsdən adam öldürmə faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin "v" bəndinə əsasən aparılır.

Cinayətdə 13 ildən 17 ilədək həbs cəzası nəzərdə tutulur", - deyə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →