Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında, ehtimal ki, təbii qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
InterPress.ge xəbər verir ki, Fövqəladə Halların İdarəetmə Xidmətinin məlumatına görə, xəsarət alan üç nəfər huşu özündə və əlaqə vəziyyətində tibb müəssisəsinə aparılıb.
Hadisə yerində yanğınsöndürmə-xilasetmə xidmətinin əməkdaşları işləyir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə beşmərtəbəli yaşayış binasının zədələndiyi görünür.
“İnterpressnews”un məlumatına görə, partlayışın səsi təxminən saat 09:00-da eşidilib. Zədələnmiş yaşayış binasından sakinlərin bir hissəsi xəsarət almadan təxliyə edilib.
