09 
Dek
2020
09:27
821

Daha bir sirli sütun Almaniyada peyda oldu - FOTO

Növbəti sirli gümüşü sütun Almaniyanın Hessen federal əyalətinin bir şəhərində tapılıb.

“Hessenschau” xəbər portalının verdiyi məlumata görə, parlaq monolit əkin sahələrinin kənarında yoldan keçənlər tərəfindən aşkar edilib.

Bildirilir ki, obyektin içərisi taxta konstruksiyadan ibarətdir. Monolitin mənşəyi məlum deyil.

Sirli sütünlar bu ilin noyabrında dünyanın bəzi ölkələrində ortaya çıxmağa başlayıb.

Bundan əvvəl, monolitlər Rumınyada, ABŞ-da və Böyük Britaniyada da aşkar edilib.

Bizimlə əlaqə saxlayın