22 
Nybr
2020
09:48
1587

Koronavirusla mübarizə üçün çox effektiv içkinin adı açıqlandı

Adaçayı və perilla çayları COVID-19-un aktivliyini əhəmiyyətli dərəcədə boğur.

InterPress.ge-nin məlumatına görə, Almaniyanın Essen Universiteti Xəstəxanasında Virusologiya İnstitutunun alimləri apardıqları araşdırmadan sonra bununla bağlı açıqlama veriblər.

Mütəxəssislər içki hazırlayarkən əvvəlcə onları qaynama halına gətirib, sonra 60 dərəcədə iki saat dəmləyiblər.

Təcrübənin nəticələrinə görə, adaçayı və perillaya 30 dəqiqə məruz qalma da koronavirus infeksiyasının çoxalmasının qarşısını əhəmiyyətli dərəcədə alır.

Onlar bildiriblər ki, bu otlara əsaslanan çaylar COVID-19-a qarşı profilaktik tədbir kimi istifadə edilə bilər.

Bununla belə, araşdırmaların nəticələri hələ də digər tədqiqatçılar tərəfindən qiymətləndiriləcək.

Bizimlə əlaqə saxlayın