19 
Avq
2020
08:37
1753

Bu ölkədə 1 avroya evlər satılır

İtaliyanın Taranto şəhərinin cənubunda tərk edilmiş bir neçə ev simvolik olaraq 1 avroya satışa çıxarılıb.

InterPress.ge xəbər verir ki, yerli administrasiyanın rəsmi saytında yeddi lotun alınması üçün müvafiq tender elan edilib.

“Sky TG24” kanalı bildirib ki, bütün mülklər liman şəhərinin köhnə tarixi hissəsində, İon dənizinin sahilində yerləşir.

Evləri alan şəxs onu ekoloji təmiz və enerjiyə qənaət normalarına uyğun olaraq tamamilə yenidən təmir etməlidir.

Bundan əvvəl, İtaliyanın Bizaçça şəhərində də evlər cəmi bir avroya evlər satışa çıxarılmışdı. Bildirilib ki, əsas məqsəd şəhəri məhv olmaqdan xilas etməkdir. Ümumilikdə 90 tarixi bina satışa çıxarılmışdı.

Bizimlə əlaqə saxlayın