26 
Iyl
2020
09:45
1456

Antarktidada dünya sivilizasiyası üçün gözlənilməz təhlükə aşkarlandı

ABŞ-ın Oreqon ştatının universitetində çalışan alimlər Antarktida sahillərində dənizin dibində fəal metan sızıntısı aşkarlayıblar ki, bu, bəşəriyyət üçün real təhlükə hesab olunur.

“Mir 24” xəbər verir ki, elm adamlarının sözlərinə görə, metan qalıq süxurların altında qalmış yosunların parçalanmasının nəticəsində yaranıb. O, çox güclü istixana qazı qismində böyük təhlükə mənbəyidir. Metan dənizin dibində suyun qızmasına səbəb olur və bu da öz növbəsində, qlobal istiləşməni sürətləndirir.

Alimlər iddia edirlər ki, metan iqlimin sürətlə dəyişməsinə gətirib çıxarır və bu baxımdan karbon qazından qat-qat təsirlidir. Belə ki, bu həcmdə metanın atmosferə atılması planetdə orta temperaturun həddən artıq yüksəlməsinə səbəb ola bilər ki, bu halda müasir sivilizasiyanın mövcudluğu sual altına düşür.

Tədqiqatçılar etiraf edirlər ki, hələlik metanın hansı səbəbdən azad olmasının səbəbini bilmirlər. Qorxulu məqamlardan biri də budur ki, Antarktida sahillərindəki sularda metanı uda bilən mikroblar yox dərəcəsindədir.

Bizimlə əlaqə saxlayın